Masallı rayonu ərazisində sabah saat 10:00-dan etibarən bir neçə kənddə qazın verilməsi dayandırılacaq.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, Masallı rayonunda yerləşən Alvadı qaz paylayıcı stansiyasından qidalanan Şərəfə kəndi istiqamətində uzunluğu 7100 metr orta təzyiqli qaz xətti kipliyə yoxlanılacaq. Buna görə də Təzə Alvadı, Köhnə Alvadı, Meşəkənarı, Tatyanoba, Güllütəpə, Böyük Xocavar, Bambaşı, Yeyənkənd, Çaxırlı, Binə Xocavar və Şərəfə kəndlərinin ümumilikdə 7200-ə yaxın abonentin qaz təchizatı dayandırılacaq.
İşlər başa çatdıqdan sonra qazın verilməsi bərpa ediləcək. İdarə tərəfindən abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaları və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş olunur.