Biləsuvarda yeni layihə üzrə imtahan keçirilib.
Report-un verdiyi məlumata əsasən, rayonda “Məktəblinin dostu” layihəsi çərçivəsində işə qəbul prosesi təşkil olunub. Məktəblinin dostu vəzifəsinə namizəd olan şəxslər test imtahanı veriblər.
Proses Biləsuvar şəhər N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində baş tutub. Müsabiqəyə ümumilikdə 800-ə yaxın şəxs qeydiyyatdan keçib, onlardan 538 nəfərin namizədliyi uyğun hesab edilib və imtahana dəvət olunub.
İmtahanda namizədlərə 50 sual təqdim edilib və hər sual 1 bal olaraq dəyərləndirilib.
Qeyd edək ki, yaxın günlərdə namizədlərə müsahibənin vaxtı və məkanı ilə bağlı məlumat göndəriləcək.