Lənkəranda evdə meyit tapılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyul tarixində verir.
Belə ki, Liman şəhəri ərazisində evlərin birində kişi meyiti tapılıb. Məlumata görə, orta yaşlı şəxsdən 20 günə yaxındır xəbər olmayıb.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası əraziyə cəlb olunub.
Fakt üzrə araşdırma aparılır.