Lerik RİH-nin başçısı Əkbər Abbasov şəhid Malik Bağışovun yad mərasimində iştirak edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 avqust tarixində verir.
Əkbər Abbasov şəhidin ailə üzvləri və şəhər sakinləri ilə birlikdə Lerik şəhər qəbiristanlığında şəhid Malik Bağışovun anadan olmasının 50-ci ildönümü münasibəti ilə məzarını ziyarət edib, önünə gül dəstələri düzüb.
Əkbər Abbasov öz çıxışında şəhidin qəhrəmanlıqlarından və həyat yolundan bəhs edib. Həmçinin I Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən Müharibəsində, eləcə də antiterror əməliyyatlarında Lerik rayonundan olan cəsur oğulların rəşadətindən danışıb.