Lerik rayonunda silahlı insident baş verib.
Lent.az xəbər verir ki, hadisə Zövnə kəndində qeydə alınıb. Kənd sakini, 32 yaşlı Cəfər Cəfərov həmyaşıdı olan həyat yoldaşını güllələyib.
Saxlanılan C.Cəfərov arvadını qəsdən güllələmədiyini və məqsədinin onu qorxutmaq olduğunu bildirib. Buna görə tüfəngdən yerə atəş açıb və nəticədə silahdan çıxan qırma qadının kürək nahiyəsinə dəyib.
C.Cəfərovdan qanunsuz saxladığı 1 ədəd “İJ” markalı ov tüfəngi müsadirə edilib.
Araşdırma aparılır.