Lerik Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah və sursatın aşkarlanması və ya könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirləri davam etdirir.
Oxu.az xəbər verir ki, son bir ay ərzində keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 13 rayon sakininin müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri aşkarlanıb. Eyni zamanda, 7 nəfər qanunsuz saxlanılan ov silahını könüllü şəkildə polisə təhvil verib.
Cari ilin əvvəlindən Lerik RPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat və profilaktiki tədbirlər nəticəsində 3 ədəd "Kalaşnikov" avtomatı və qanunsuz saxlanılan 31 ədəd ov tüfəngi götürülüb.
Bu istiqamətdə tədbirlər davam edir.