Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
Cenublu.az xəbər verir ki, Lerikdən olan şəhidlər Ramil Ağayevin qızı Aysun Ağayeva və Cəlal Ağayevin qızı Nazənin Ağayeva tələbə adına layiq görülüblər.
Aysun Ağayeva Azərbaycan Dövlət İqtisad Universitetinə, Nazənin Ağayeva isə Odlar Yurdu Universitetinə daxil olublar.