Lənkəran rayonunda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Cenublu.az xəbər verir ki, Digah kəndində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar olaraq 4 maytarixində saat 14:00-dan etibarən işlər başa çatanadək rayonun Digah və Şiləvar kəndlərinə təbii qazın verilişi dayandırılacaq.
Sakinlərdən bu müddətdə ehtiyatlı olmaları və qaz avadanlıqlarından təhlükəsizlik qaydalarına uyğun istifadə etmələri xahiş olunur.