Lənkəranda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər xəsarət alıb.
Cenublu.az xəbər verir ki, qəza Lənkəran-Lerik magistral yolunun Qurumba kəndi, Lənkəran rayonu ərazisində baş verib. "QAZ-31" markalı avtomobil "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə nəticəsində "Mercedes"də olan 1972-ci il təvəllüdlü Elnarə Həsənova xəsarət alıb. Yaralıya hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən ilkin tibbi yardım göstərilib.