"GİNius - Tələbə Kuboku 2026" intellektual yarışının növbəti mərhələsi Lənkəran şəhərində təşkil olunacaq.
Cenublu.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi və ATGTİ-nin təşkilatçılığı ilə oktyabrın 26-da saat 10:00-da Lənkəran Dövlət Universitetində keçiriləcək.
İntellektual yarışda ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edəcəklər.
Yarışda iştirak etmək istəyənlər bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər.