Lənkəran Dövlət Universitetinin (LDU) müəllimi Hikmət Səlimov elmi dərəcə alıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tədris işləri üzrə dekan müavini, İqtisadiyyat və innovativ idarəetmə kafedrasının baş müəllimi Hikmət Səlimova "Sahə iqtisadiyyatı" ixtisası üzrə iqtisad elmləri sahəsində fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Qeyd edək ki, Hikmət Səlimov hazırda universitetdə elmi-pedaqoji fəaliyyətini davam etdirir.