Lənkəran Dövlət Dram Teatrında əməkdar artist Zemfira Nəcəfova ilə vida mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 avqust tarixində verir.
Mərasimdə Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin, YAP Lənkəran şəhər təşkilatının məsul şəxsləri, teatr kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Zemfira Nəcəfovanın ölümünün Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük itki olduğu qeyd edilib.
Mərhum Sütəmurdov kənd qəbiristanlığında torpağa tapşırılıb.