Lənkəran şəhər Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm studiyasının şagirdləri üçün açıq havada növbəti rəsm dərsi təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyul tarixində verir.
Rəsm dərsi yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların bədii və estetik zövqünün formalaşdırılması məqsədilə keçirilib.
Qeyd edək ki, dərslərin yay mövsümündə mütəmadi keçirilməsi nəzərdə tutulub.