Lənkəranda payız-qış mövsümünün gəlişi ilə bağlı rayon ərazisində abaqlıq və təmizlik işləri görülür.
Cenublu.az Lənkəran Şəhər İcra Hakimiyyətinə (ŞİH) istinadən məlumat verir ki, rayonda drenajların təmizlənməsi həyata keçirilir. Həmçinin küçə və yollarda ağacların budanması, suaxar kanalların, habelə magistral yol boyu drenajların təmizlənməsi işləri qrafikə uyğun olaraq davam etdirilir.