Lənkəranda həmrəyliyin gücləndirilməsi məqsədi ilə sentyabrın 24-də tədbir keçiriləcək.
Bu haqda Cenublu.az Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinə istinadən
xəbər verir. Belə ki, "Yaşıl gələcəyə #birkimibirlikdə" adlı tədbir 3 mərhələdən ibarət olacaq: "Sağlamlıq təbiətdən başlayır" atletika yarışı, "Yaşıl gələcəyə doğru" seminar və "Təmiz dünyam" təmizlik və ekoloji aksiya.
Tədbir 24 sentyabr, saat 09:00-da, Palıdlı Sahil İstirahət Mərkəzində baş tutacaq.