"Tariximiz qürurumuzdur" layihəsi çərçivəsində Lənkəran şəhər Mədəniyyət Mərkəzində şəhid Aqil Əkbərovun doğum gününə həsr olunmuş tədbir təşkil olunacaq.
Cenublu.az xəbər verir ki, mərasim sentyabrın 14-ü saat 11:00-da baş tutacaq.
Tədbir Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə həyata keçiriləcək.
Şəhid Aqil Fayəddin oğlu Əkbərov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb.