top
Lənkəranda şəhid Afərin Qulamzadənin doğum gününə həsr olunan tədbir keçirilib
16 iyul 2024, 05:16
- ↺ +

Lənkəranda şəhid Afərin Qulamzadənin doğum gününə həsr olunan tədbir keçirilib

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Tariximiz qürurumuzdur" layihəsi çərçivəsində Lənkəran şəhər Mədəniyyət Mərkəzində şəhid Qulamzadə Afərin Müqəddəs oğlunun doğum gününə həsr olunan tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 iyul tarixində verir.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva və digər rəsmilər, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, şəhidin təhsil aldığı M.Fərzullayev adına Lənkəran rayonu Mamusta kənd tam orta məktəbinin müəllim və şagirdləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə şəhidin şəxsi əşyalarından və fotolarından ibarət sərgi ilə tanış olublar.

Şəhid Afərin Qulamzadənin həyat yolunu özündə əks etdirən videoçarx izlənildikdən sonra Azərbaycan Ordusunun zəfər yürüşündən, 44 günlük Vətən müharibəsində göstərilən igidlik və qəhrəmanlıqlardan, eləcə də şanlı qələbəmizin tarixi əhəmiyyətindən danışılıb. Çıxışdan sonra şəhidin ailə üzvlərinə Heydər Əliyev Mərkəzinin rəsm studiyasında yağlı boya ilə çəkilmiş Afərin Qulamzadənin portreti təqdim edilib.

Tədbirdə məktəblilər Vətən və şəhidlərə həsr olunan milli ruhda şeirlər söyləyiblər.

Sonra mərhum ifaçı, söz ustadı Elnur Valehin şəhid Afərin Qulamzadənin əziz xatirəsinə həsr etdiyi klip və digər tanınmış ifaçıların şəhidlər haqqında mahnıları dinlənilib.

Çıxış edən natiqlər Afərin Qulamzadənin həyat və döyüş yolundan, Vətən müharibəsində qazanılan qələbədə igid oğullarımızın göstərdikləri qəhrəmanlıqlardan danışıblar.

Sonda xatirə şəkilləri çəkilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:39

Neftçalada 22 yaşlı oğlanın meyiti tapıldı

Bütün xəbərlər
Dünən, 16:15

Sumqayıtda avtomobil qəzasında ölən hərbçi Biləsuvardan imiş

Siyasət
Dünən, 15:37

İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 15:19

Cenublu.аz işıqlandırdı, Cəlilabadda problem həllini tapdı

Bütün xəbərlər
Dünən, 14:46

Sabah hava necə olacaq? — PROQNOZ

Kriminal
Dünən, 14:13

Astarada qayınanasını dişləyən gəlinə cinayət işi açıldı

Kriminal
Dünən, 13:50

Lənkəranda 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb

Faydalı
Dünən, 12:54

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Cəmiyyət
Dünən, 11:39

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 3 İL AZALDILDI

Cəmiyyət
Dünən, 10:49

Yol Polisindən dəyişkən hava şəraiti ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Dünən, 10:12

Lənkəranda 30 yaşlı kişinin meyiti aşkarlanıb

Bütün xəbərlər
Dünən, 09:24

Biləsuvarlı şəhidin doğum günüdür

Bütün xəbərlər
24 sentyabr 2026, 17:35

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Kriminal
24 sentyabr 2026, 17:00

Lerikli 10 uşaq atası tanışını baltaladı — MƏHKƏMƏ

Bütün xəbərlər
24 sentyabr 2026, 16:15

Külək güclənir - XƏBƏRDARLIQ

Kriminal
24 sentyabr 2026, 15:38

6 nəfər 132 kilo narkotiklə TUTULDU

Bütün xəbərlər
24 sentyabr 2026, 15:00

Cəlilabadda 44 yaşlı qadın evində yandı

Kriminal
24 sentyabr 2026, 14:10

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb

Faydalı
24 sentyabr 2026, 13:35

Cənubda qanvermə aksiyası keçirilib

Bütün xəbərlər
24 sentyabr 2026, 12:40

Sabah hava necə olacaq?

İqtisadiyyat
24 sentyabr 2026, 12:00

Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

Bütün xəbərlər
24 sentyabr 2026, 11:23

Xəzərdə zəlzələ olub

Kriminal
24 sentyabr 2026, 10:48

Etiraz edən arvadını vurdu: Cərimələndi

Bütün xəbərlər
24 sentyabr 2026, 09:29

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Oxşar xəbərlər