top
Lənkəranda pravoslav məbədində Müqəddəs taxt-tac bayramı günü qeyd olunub
15 oktyabr 2024, 05:30
- ↺ +

Lənkəranda pravoslav məbədində Müqəddəs taxt-tac bayramı günü qeyd olunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölkəmizdə fəaliyyət göstərən pravoslav ibadət evlərinin sırasına son illərdə Lənkəranda fəaliyyətə başlamış “Allahın Əqdəs Validəsinin Dua Örpəyi” məbədi də qoşulub. Şəhərdə fəaliyyət göstərən yeganə məbəddə Müqəddəs taxt-tac bayramı günü ilə əlaqədar mərasim keçirilib. Mərasimi Bakı və Azərbaycanın yepiskopu Aleksiy Smirnov idarə edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda dinlərarası harmoniya, tolerant və multikultural dəyərlər, eləcə də dini etiqad azadlığının yüksək səviyyədə təmin edilməsi, icmalara qarşı münasibətdə ayrı-seçkiliyin olmaması, onların inkişafı üçün dövlət tərəfindən şəraitin yaradılması daim diqqət mərkəzində olub. Bütün bu sadalananlar respublikada etnik-dini müxtəlifliyin qorunması və multikultural dəyərlərin daha da inkişafına böyük töhfə verir. Son illərdə ölkəmizin cənub bölgəsində, Lənkəran şəhərində “Allahın Əqdəs Validəsinin Dua Örpəyi” məbədinin fəaliyyətə başlaması respublikamızın bölgələrində də multikultural dəyərlərə böyük önəm verilməsinin təzahürüdür.

Lənkəran şəhərində müasir pravoslav icmasının tarixi hələ XIX əsrdən başlayır. Tarixi məlumatlara görə, Lənkəranda pravoslav məbədlərindən biri də Müqəddəs Maqdalalı Mariya adına kiçik bir daş qəbiristanlığındakı dua evi idi. Bu məbəd taxta ikonostas və bir neçə ikonalar ilə bəzədilib. Məbəd Azərbaycanda sovet hakimiyyəti qurulana qədər mövcud olub. Bakı Yeparxiyasının dirçəlməsindən sonra Lənkəran şəhərinin və ətraf qəsəbələrin pravoslav əhalisinin dini etiqadlarını həyata keçirməsi üçün müsbət addımlar atılıb.

“Bu gün biz Lənkəran şəhərindəki məbədə dua etmək üçün yığışmışıq. Təkcə özümüz üçün yox, bu gözəl məmləkətdə yaşayan bütün insanlar üçün dua etdik. Biz pravoslavlar həmişə birlik, həmrəylik, ən əsası da sülh və ədalət tərəfdarları olmuşuq. Lənkəran torpağında yaşayan bütün pravoslav əhali də bu fikirdədir”, - deyə Bakı və Azərbaycan yepiskopu Aleksiy Smirnov bildirib.

Lənkəran sakini Viktoriya Korneva Azərbaycan Prezidentinə, dövlətinə təşəkkür edərək deyib: “Lənkəranda yaşayan rusların adından təşəkkür edirəm. Biz öz bayramlarımızda, ayinlərimizdə rahat gəlib dua edə bilirik. Buna görə çox şadıq”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:20

Lənkəranlı alim siyasi elmlər doktoru oldu

Bütün xəbərlər
Bu gün, 11:40

Biləsuvar sakini dəm qazından ölüb

Bütün xəbərlər
Bu gün, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Bu gün, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Bu gün, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Oxşar xəbərlər