Lənkəranda mağazada meyit aşkar olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 iyul tarixində Apa.az-a istinadən verir.
Səhər saatlarında Lənkəran şəhərinin 2-ci mikrorayonu ərazisində, Zərifə Əliyeva küçəsində mağazaların birində kişi meyiti tapılıb. İlkin məlumata görə, meyit Ruslan adlı şəxsə məxsusdur və o, meyvə mağazasını işlədirmiş.
Hazırda rayon hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədirlər.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.