Lənkəranda 31 yaşlı kişinin meyiti tapılıb.
Apa.az xəbər verir ki, cəsəd Separadi kəndi ərazisində aşkar edilib. Kənd sakini, 31 yaşlı Əhəd Əkbərlinin meyiti yaşadığı evin həyətindəki yarımtikilidə asılmış vəziyyətdə tapılıb.
Ə.Əkbərlinin evdə tək yaşadığı bildirilir. Məlumata görə, bu ay onun nişanı olmalıydı.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.