Lənkəran şəhərində yerləşən mağazaların birində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 iyul tarixində verir.
Belə ki, ümumi sahəsi 600 m² olan ikimərtəbəli (hər mərtəbəsi 300 m²) mağazanın dam örtüyünün taxta atmaları 1m² sahədə və damından keçən elektrik kabeli 5 p.m yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.