Lənkəranda "Kiberdələduzluq hallarına qarşı diqqətli olun!" şüarı altında tədbirlər təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 avqust tarixində verir.
Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən sakinlərin sıx olduqları küçə və prospektlərdə, ticarət və iaşə obyektlərində, bankomatların, həmçinin ödəmə terminallarının ətrafında məlumatverici lövhələr asılıb, sakinlərlə bu mövzuda profilaktiki söhbətlər aparılıb və zəruri məlumatlar verilib.
Tədbirlərin keçirilməsində məqsəd kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınmasıdır.