Təmizliyə xüsusi həssaslıqla yanaşan cənub bölgəsində küçənin təmizlənməməsi şikayətə səbəb olub.
Lənkəran şəhərinin sakinləri Cenublu.az-a bildiriblər ki, Mirhaşım Ağayev və Hacılar küçəsinin kəsişməsində bir ay öncə kəsilən ağac budaqları hələ də ərazidən götürülməyib. Yolun kənarında öz aqibətinə buraxılan quruyan budaqlar nəinki şəhərin estetikasını pozur, həmçinin yağış sularının toplandığı bərələrin üzərində olduğu üçün yağıntılı hava şəraitində problemlərə səbəb olur.
Sakinlərin sözlərinə görə, aidiyyəti quruma zəng edilsə də, problemin aradan qaldırılması istiqamətində heç bir tədbir görülməyib.