Lənkəranın Qumbaşı kəndində yanğın hadisəsi baş verib.
Cenublu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 100 kv.m olan birmərtəbəli iki otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub.
Yaxınlıqdakı tikililər alovdan mühafizə olunub. Yanğın söndürülüb.