Lənkəran şəhərinin Xəzər dənizi sahilində iməcilik keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyul tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verir.
“Təmiz ölkəm” aksiyası çərçivəsində təşkil olunan iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının nümayəndələri, sakinlər və könüllülər iştirak ediblər. Aksiya zamanı tullantılar yığılaraq ərazilərdən daşınıb.