Lənkəranda Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunmuş çimərlik voleybolu üzrə rayon turniri keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 iyun tarixində verir.
Yarış 17-18 avqust tarixlərində saat 16:00-da, Lənkəran şəhər Xəzər dənizi sahil zonasında “Şirlər” istirahət mərkəzində (Dəniz otel-restoranın yanında) baş tutacaq.
Turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin tərəfindən təşkil ediləcək.