Lənkəranda 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş iməcilik aksiyası təşkil olunub.
Cenublu.az xəbər verir ki, aksiya Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Lənkəran Gənclər evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə "Şəhidlər Xiyabanı" abidə kompleksi ərazisində keçirilib.
Aksiya Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Gənclər evi SXM-in əməkdaşları və gənclərin iştirakı ilə baş tutub.