Lənkəranda avtomobil qəzasında xəsarət alan piyada xəstəxanada dünyasını dəyişib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəranda avtomobil qəzasında xəsarət alan Astara rayonunun Kolatan kənd sakini, 29 yaşlı Anar Ağarzazadə aldığı xəsarətlərdən Bakı şəhərində xəstəxanaların birində ölüb.
Xatırladaq ki, hadisə Lənkəran şəhərinin "Kiçik Bazar" deyilən ərazisində, dəniz kənarında baş verib. Hərəkətdə olan "DAEWOO" markalı minik avtomobili piyada A.Ağarzazadəni vurub.
Faktla bağlı araşdırma aparılır.