Lənkəran şəhərində 2-ci Sığorta Festivalı təşkil olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 avqust tarixində verir.
Tədbir 31 avqust tarixində baş tutacaq. Burada ölkədə fəaliyyət göstərən sığorta şirkətləri iştirak edəcək.
Festival əyləncəli şoular, musiqi proqramları və hədiyyəli müsabiqələrlə müşayiət olunacaq.
2-ci Sığorta Festivalı Azərbaycan Mərkəzi Bankı, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində keçiriləcək.