Lənkəranda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxs tutulub. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 avqust tarixində verir.
Lənkəran ŞRPŞ-nin Liman Polis Bölməsinin əməkdaşları tədbirlər keçiriblər. Araşdırma zamanı Elşən Hüseynovdan tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş 17 kiloqram marixuana və 1 kiloqram heroin aşkarlanıb.
Nəticədə əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Hüseynov saxlanılıb. Müəyyən olunub ki, o, narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan Razi adlı İran vətəndaşından alıb.
Əlavə olaraq, bir ay ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 33 nəfər saxlanılıb.
Araşdırmalar aparılır.
[caption id="attachment_63437" align="alignnone" width="336"]
Foto DİN[/caption]