Lənkərançayın Lerik rayonu ərazisindən keçən hissəsində təmizlik aksiyası keçirilib.
Cenublu.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə nazirliyin yerli qurumları, yerli icra hakimiyyəti orqanları, bələdiyyə nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Aksiya Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilib.