Lənkəran və Masallıda qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər keçirilib.
Cenublu.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, yoxlama zamanı Lənkəran rayonu üzrə Digah kəndində və Masallının Ərkivan qəsəbəsində fəaliyyət göstərən 3 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Bununla bağlı obyektlərin sahiblərinə (Taleh Seyfullayev, Azad Abbasov, Faiq Kəlbiyev) inzibati protokol tərtib edilib.