Bu il Məhərrəm ayının Aşura günündə ənənəvi qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Belə ki, aksiyalar Lənkəran şəhər "Böyük Bazar" məscidi və Masallı şəhər "Cümə" məscidində baş tutacaq.
Qeyd edək ki, Aşura günü 16 iyul tarixinə düşür.