Bu gün Lənkəran Regional Qaz İstismar idarəsinin əməkdaşlarına Fəxri fərman verilib.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, Astara xidmət sahəsində çalışan bir neçə əməkdaşa göstərdiyi qabaqcıl və nümunəvi əmək fəaliyyətinə görə rəhbərlik tərəfindən Fəxri fərman təqdim edilib.