Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyul tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən verir.
İyulun 27-də, əsasən, dağlıq və dağətəyi rayonlarda, 28-dən 29-u axşamadək isə bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.