İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 iyul tarixində verir.
Belə ki, iyul ayının 10-da saat 03:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 36 kiloqram 790 qram narkotik vasitə (34 kq 690 qram marixuana; 2 kq 100 qram tiryək) və 1200 ədəd Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.