Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadiqov Lerikdə vətəndaşları dinləyəcək.
Cenublu.az xəbər verir ki, qəbul yanvarın 17-i rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçiriləcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
İştirak etmək üçün Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçmək lazımdır.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.