Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri genişləndirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 iyul tarixində verir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bəbirin respublikada mühafizəsi üçün geniş xüsusi mühafizə olunan təbiət ərazisi (XMOTƏ) şəbəkəsi var: "Son illərdə bəbirlər yaşayan XMOTƏ-lərin sahələri xeyli genişləndirilib”.
F.Əliyev bildirib ki, əvvəllər mövcud olan 2906 hektarlıq Hirkan qoruğunun bazasında yaradılan Hirkan Milli Parkının sahəsi 40.358 ha-ya çatdırılıb.