Milli Hidrometeorologiya Xidməti yanvarın 6-sı günün birinci yarısında bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Cenublu.az xəbər verir ki, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlıda şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.