top
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
04 aprel 2026, 11:00
- ↺ +

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə Cenublu.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarında qısamüddətli sel və daşqın hadisələrinin baş verəcəyi, intensiv və arabir güclənən yağışların Bakıətrafı subasmaya meyilli ərazilərə təsir göstərəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır", - məlumatda qeyd edilib.

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb:

"Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək tövsiyə olunur.

Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar".

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

24 oktyabr 2020-ci il: Vətən müharibəsinin 28-ci günü

Kriminal
Dünən, 17:56

Tiktoker "İsican" həbs edildi

Bütün xəbərlər
Dünən, 17:00

Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi

Bütün xəbərlər
Dünən, 16:13

Lerikdə yaşıllıqların qanunsuz kəsilməsi faktı aşkar olunub

Bütün xəbərlər
Dünən, 15:38

Lerikli JONY-də nadir xəstəlik aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:55

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:17

Salyanda mikroavtobus yanaraq kül oldu

Bütün xəbərlər
Dünən, 10:59

Neftçalada traktor velosipedçini vurub öldürdü

Bütün xəbərlər
Dünən, 09:38

Salyanda kişini cərəyan vurub öldürdü

Bütün xəbərlər
Dünən, 00:05

23 oktyabr 2020-ci il: Vətən müharibəsinin 27-ci günü

Bütün xəbərlər
22 oktyabr 2026, 18:00

Lənkəranda çay sahili zibilliyə çevrilib

Bütün xəbərlər
22 oktyabr 2026, 17:25

19 yaşlı şəhidimizin ad günüdür

Siyasət
22 oktyabr 2026, 16:58

Yardımlının yeni icra başçısını hansı problemlər gözləyir? Təhlükəli yol, kəndlərin dərdi və korrupsiya işi – CENUBLU.AZ-in ARAŞDIRMASI

Cəmiyyət
22 oktyabr 2026, 16:11

Masallıda narkomaniyaya qarşı maarifləndirici aksiya təşkil olunub

Bütün xəbərlər
22 oktyabr 2026, 15:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
22 oktyabr 2026, 15:00

Salyanda 3 ildir yol problemi həll olunmur: ŞİKAYƏT

Kriminal
22 oktyabr 2026, 14:26

Oğluna hücum etdi, arvadını yaraladı – MƏHKƏMƏ

Bütün xəbərlər
22 oktyabr 2026, 13:55

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Bütün xəbərlər
22 oktyabr 2026, 13:25

Lənkəranlı Birinci Qarabağ müharibəsi qazisi vəfat edib

Bütün xəbərlər
22 oktyabr 2026, 12:45

Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?

Bütün xəbərlər
22 oktyabr 2026, 12:24

Yardımlıya yeni icra başçısı təyin edilib

Bütün xəbərlər
22 oktyabr 2026, 11:50

Cəlilabadda iki "VAZ" toqquşdu: 3 nəfər xəsarət aldı

Bütün xəbərlər
22 oktyabr 2026, 11:10

Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 100 dəfə artırılacaq

Mədəniyyət
22 oktyabr 2026, 10:36

Cənub mətbəxinin zinəti – Zeyrən çörəyi

Bütün xəbərlər
22 oktyabr 2026, 10:00

Canəli Əkbərovun xatirəsi yad edilir

Bütün xəbərlər
22 oktyabr 2026, 09:23

Lənkəranlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
22 oktyabr 2026, 00:05

22 oktyabr 2020-ci il: Vətən müharibəsinin 26-cı günü

Oxşar xəbərlər