Lənkəran Dövlət Universiteti tələbəyönümlü sistemi ilə fərqlənir.
Cenublu.az məlumat verir ki, universitet tələbələrinə istədikləri zaman imtahan gününü və saatını seçmək imkanı verilir.
İmtahana saatlar qalmış, hər bir tələbəyə şəxsi qaydada imtahan otağının nömrəsi, tələbə ID-i və fənnin kodu olmaqla bütün məlumatlar SMS vasitəsilə göndərilir.
Bundan əlavə, tələbələr sistemə daxil olub imtahan vaxtını dəyişdirsə, yenidən şəxsi məlumatlarla bağlı bütün detallar uyğun şəkildə yenilənərək göndərilir.
Mənbə: “Azərbaycan Universitetləri"