Ələt-Astara avtomobil yolunda yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyul tarixində verir.
Hadisə yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, yük ilə dolu TIR yük avtomobili alışıb. Hadisə yerinə FHN-in Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və əməkdaşları cəlb olunub.
Yanğın söndürülüb.