Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) İdarə Heyətinin sədri Anar Bayramov Biləsuvar rayonunda vətəndaşları dinləyəcək.
Cenublu.az xəbər verir ki, qəbul oktyabrın 16-sı baş tutacaq. Görüşdə əlilliyin qiymətləndirilməsi, tibbi-sosial ekspertiza, reabilitasiya və qurumun fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciətlər səsləndiriləcək.
İştirak etmək üçün oktyabrın 15-dək 142 Çağrı Mərkəzinə zəng edərək, [email protected] elektron poçt ünvanına yazaraq, ya da DTSERA-nın sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edərək qeydiyyatdan keçmək lazımdır.