“Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi zamanı ildırım vurması nəticəsində ölən hərbiçilər təltif olunublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 avqust tarixində Qafqazinfo.az-a istinadən verir.
Dövlət başçısının Sərəncamı ilə mayor Baxışlı Baxış Elşən oğlu “Vətən uğrunda” medalı, əsgər Nağıyev Əli Elşən oğlu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.