Lənkəranda direktor vəzifəsi üçün işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.
Cenublu.az xəbər verir ki, imtahan 06 oktyabr tarixində saat 09:00-da baş tutacaq.
İmtahan Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə keçiriləcək.
Qeydiyyatdan keçmiş və vəzifə tələblərinə uyğun olan namizədlərə imtahana dəvət olunması üçün SMS vasitəsilə bildiriş göndəriləcək.