Oktyabrın 7-də saat 17:54-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dərman vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi sayda 10 020 ədəd satışı qadağan olunmuş CYTOTEK dərman vasitəsi müsadirə edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
[caption id="attachment_67161" align="alignnone" width="336"]
Foto Report[/caption]