Lənkəran Olimpiya İdman Kompleksinin məşqçi müəllimi Əkbər Gənciyev Beynəlxalq dərəcəli məşqçi sertifikatı ilə təltif edilib.
Cenublu.az Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası Akademiyasının Azərbaycanda regional mərkəzinin açılış mərasimi keçirilib.
Görüşdə idarə rəisi Teymur Babazadə Əkbər Gənciyevi qəbul edib. O, məşqçi müəllim ilə söhbətlər aparıb, regionda cüdonun inkişafı ilə bağlı qarşıda duran vəzifələri müzakirə edib, öz tövsiyyə və tapşırıqlarını verib.