Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran və Cəlilabad rayonlarında monitorinq keçiriblər.
Cenublu.az AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı Lənkəran rayonunun 20 Yanvar küçəsində və Cəlilabad rayonunun H.Əliyev prospektində yerləşən heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Bununla əlaqədar obyektlərin sahiblərinə (Rasim Səfərov, Rəsul Ağayev) inzibati protokol tərtib olunub.