Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Astara və Masallı rayonlarında iməciliklər keçirilib.
Cenublu.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, təmizlik aksiyasında nazirliyin yerli qurumlarının nümayəndələri, rayon sakinləri və könüllülər iştirak ediblər.
“Təmiz ölkəm” devizi altında keçirilən tədbir zamanı sözügedən rayonların meşələrindən tullantılar yığılaraq ərazilərdən daşınıb.