Cənubda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Cenublu.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, qurumun oktyabrın 14-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit, yağıntılı keçir, bəzi yerlərdə leysan xarakterli intensivdir.
Düşən yağıntının miqdarı Lənkəran, Lerikdə 17 mm, Biləsuvar, Yardımlı, Astarada 4 mm-dək olub.